00:00:00
Yazar
Admin User
27.01.2015 08:31 492 1 dəq oxuma
Sosial

Təmas xəttinə zərəvericilər “hücum edib”

Təmas xəttinin yaxınlığında yerləşən taxıl sahələrində "taxıl hafı" kimi tanınan taxıl böcəyi həşəratlarının çoxalması müşahidə olunur.
Təmas xəttinə zərəvericilər “hücum edib”

Təmas xəttinin yaxınlığında yerləşən taxıl sahələrində "taxıl hafı" kimi tanınan taxıl böcəyi həşəratlarının çoxalması müşahidə olunur.

Ağdam, Ağcabədi, Xocavənd və Füzuli rayonlarının ərazisində yerləşən Ergi və Haramı düzlərində dəmyə şəraitdə becərilən 3500 hektardan çox sahədə bu növ həşəratların olduğu müəyyən edilib və onlara qarşı mübarizə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Füzuli rayonu üzrə mütəxəssisi Yusif Hüseynov rayon ərazisində 281 hektar taxıl sahəsində taxıl böcəklərinin aşkarlandığını bildirib. Taxıl böcəklərinin rast gəlindiyi sahələr ciddi nəzarət altına alınıb, dərmanlama işləri aparılır.

Mütəxəssislərin sözlərinə görə, bir taxıl böcəyi bir dəfədə 16-30 yumurta qoymaqla sürətlə çoxalmaq qabiliyyətinə malikdir. Bir kv.m sahədə 3-dən çox böcək müşahidə olunursa, bu artıq taxıl sahəsinin ciddi təhlükə altında olmasına işarədir. Suvarıla bilən taxıl sahələrində isə sümürtkən, məftil qurdu və şıqqıldaq qurdlarına rast gəlinir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər