00:00:00
Yazar
Güllər Gülhüseynova
19.02.2026 09:35 11 1 dəq oxuma
Dünya

Tokayev Sülh Şurasını real sülh təklifi olan platforma adlandırıb

Tokayev Sülh Şurasını real sülh təklifi olan platforma adlandırıb

Qazaxıstan ABŞ-nin təşəbbüsü ilə yaradılmış Qəzza sektorunun idarə edilməsi üzrə Sülh Şurasını real sülh təklifi olan platforma hesab edir.

 

"İnformator.az" xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "The National Interest" jurnalı üçün məqaləsində səsləndirib.

 

"Bu, sonsuz müzakirələr aparmaq üçün nəzərdə tutulmuş daha bir forum deyil. Bu, nəticələrə nail olmağa yönəlmiş praktik təşəbbüsdür, xüsusilə Qəzzada və Yaxın Şərqdə", - Tokayev "Etibarlılıq yeni gücdür" məqaləsində yazıb. "Bu təşəbbüsü əsaslı şəkildə fərqləndirən onun məntiqidir. Ağ Ev həqiqətən innovativ yanaşma təklif edib: özünü tükətmiş siyasi formulları təkrarlamaq əvəzinə, o, aydın konsepsiya irəli sürüb - davamlı iqtisadi inkişaf vasitəsilə sülh", - Prezident yazıb.

#baki #azərbaycan #platforma #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər