00:00:00
Yazar
Zəhra Həsənova
27.05.2026 20:58 22 1 dəq oxuma
İdman

Toral Bayramovun gedişi "Qarabağ" üçün nə deməkdir?

Toral Bayramovun gedişi "Qarabağ" üçün nə deməkdir?

“Qarabağ”ın son illərdəki uğurlarında pay sahibi olan Toral Bayramovun komandadan ayrılmasını azarkeşlər və futbol ictimaiyyəti maraqla qarşılayıb. Onun gedişinin klubun oyun sisteminə və gələcək planlarına necə təsir edəcəyi ilə maraq doğurur.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, Tural Bayramov "Qarabağ"da əsas heyət oyunçusu sayılmasa da,  ehtiyat oyunçu skamyasında olurdu:

 

"Bəzi oyunlarda start heyətdə meydana çıxırdı. Yəni "Turalın gedişi "Qarabağ" üçün birmənalı uğursuz seçimdir" demək çətindir. Çünki Türkiyənin Super Liqasına yox, aşağı Liqasına getdi. Hər halda çalışıb özünü orda yaxşı göstərib ya "Bursaspor"la, ya da hansısa bir yaxşı klubla super liqaya qalxsın. Sözsüz ki, gedişindən sonra "Qarabağ"a sol cinah müdafiəçisi lazımdır və oraya yaxşı bir oyunçu gələcək". 


Zəhra Möhübbətova

#azərbaycan #baki #xəbər #toral #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər