00:00:00
Yazar
Admin User
06.02.2026 12:02 51 1 dəq oxuma
Dünya

Torpaq susub, şəhər titrəyib

Torpaq susub, şəhər titrəyib

6 fevral səhəri, Türkiyə sanki dərin bir sızlama ilə oyanıb. Torpaq titrəyib, binalar əsib, həyat bir anlıq dayanan kimi görünüb. İnsanlar gözlərini açıb və anlayıb ki, dünyanın ən sabit şeyləri belə qəfil dəyişə bilər.

 

Zəlzələ yalnız daş və sementi sındırmayıb: o, ürəkləri də silkələyib. Qorxu, həyəcan, göz yaşları-hamısı bir anın içində iç-içə qarışıb. Amma elə o anlarda insanlıq da boy göstərib: bir-birinə uzanan əllər, köməyə gələn qonşular, yoldaşlıq və paylaşma ruhu. Bu faciə bizə bir daha xatırladıb ki, həyat qısa və qeyri-müəyyəndir. Sarsıntıdan sonra qalmaq, əl-ələ vermək və birlikdə ayağa qalxmaq daha böyük əhəmiyyət kəsb edir. Hər titrəyiş bizə deyir: hər günümüzü dəyərləndir, sevdiklərini qucaqlayıb bir sözlə belə olsa “səni sevirəm” de. Torpaq yenidən sakitləşəcək, amma insanların xatirələrində, ürəklərində və şəhərlərdə onun izi qalacaq. Və biz, hər sarsıntıdan sonra, yenidən ayağa qalxmağı öyrənməliyik. Çünki həyat davam edir və hər yeni gün, yenidən ümidlə nəfəs almaq fürsətidir.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər