Tottenhem Qallageri transfer edib
Tottenhem İngiltərə millisinin yarımmüdafiəçisi Konor Qallageri “Atletiko Madrid”dən 35 milyon funt sterlinqə transfer etdiyini rəsmən açıqlayıb. 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb və “Tottenhem” bu transferdə “Aston Villa”nı qabaqlayıb.
Qallager 2024-cü ilin avqustunda “Çelsi”dən “Atletiko”ya təxminən 33 milyon funt qarşılığında keçmişdi. O, İngiltərə millisində 22 oyuna çıxıb. Premyer Liqaya qayıdışı onun millidəki şanslarını artırmaq məqsədi daşıyır.
Baş məşqçi Tomas Frank Qallageri liderlik keyfiyyətlərinə, pressinq gücünə və qol təhlükəsinə görə heyət üçün vacib oyunçu adlandırıb. “Tottenhem” yarımmüdafiəni gücləndirməyə ehtiyac duyurdu, çünki Rodriqo Bentankur zədə səbəbilə ən azı üç ay oynamayacaq.
Hazırda “Tottenhem” Premyer Liqada 21 turdan sonra 27 xalla 14-cü yerdədir.
BBC
Reyhan Quliyeva
