Tovuz-Bakı sürət qatarında ləngimə hansı səbəbdən baş verib?
Bu gün axşam saatlarında Tovuz-Bakı marşrutu ilə hərəkət edən sürət qatarında ləngimə qeydə alınıb.
İnformator.az xəbər verir ki, bu barədə sərnişinlər sosial media hesablarında paylaşım ediblər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrəndik. Qurumdan İnformator.az-a bildirilib ki, gecikməyə səbəb texniki nasazlığın yaranması olub.
“Operativ tədbirlər nəticəsində qısa müddət ərzində nasazlıq aradan qaldırılıb və qatar yoluna davam edib. Bununla belə qatar mənzil başına qrafikdə nəzərdə tutulduğundan vaxtından gec çatıb".
Həcər Əmiraslanlı
