Tovuzda daha bir yol qəzası:
Tovuz rayonunda daha bir piyadanı maşın vurub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayevi maşın vurub.
Adıçəkilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
