Tovuzda maşın vuran piyada ölüb
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Ramal Mürşüdov idarə etdiyi "VAZ21 07" markalı avtomobillə qonşusu 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma başlanılıb
