00:00:00
Yazar
Admin User
07.12.2023 17:19 423 1 dəq oxuma
Sosial

Tovuzda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb

Tovuzda qanunsuz ov ilə məşğul olan şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Əsrik-Cırdaxan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən kənd sakini saxlanılıb.

 

İnformator.az xəbər verir ki, həmin şəxsdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 1 ədəd ov tüfəngi aşkarlanıb.

 

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bundan başqa, şöbə əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, qanunsuz ov və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

 

Keçirilən müvafiq tədbirləri nəticəsində 8 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

 

Faktlar üzrə araşdırmalar aparılır.

 

Sərxan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər