00:00:00
Yazar
Admin User
12.12.2023 14:45 307 1 dəq oxuma
Sosial

Tovuzda qəza

Tovuzda qəza

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. 

Qəza zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə hadisəyə dumanlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır. 

Həkim Almaz Əsədova bildirib ki, bu gün xəstəxanamıza səhər saatlarında avtoqəza nəticəsində müxtəlif bədən xəsarətləri ilə biri qadın ikisi kişi olmaqla üç nəfər daxil olub.

"Xəstələr müayinə edilib. Diaqnozları təsdiqlənib. Xəstələrdən Firdovsi Əşrəfovun vəziyyəti ağır qiymətləndirilir. Qalan xəstələrin vəziyyəti kafidir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər