00:00:00
Yazar
Admin User
29.08.2023 13:42 382 1 dəq oxuma
Sosial

TOYLAR BAŞLAYIR, QIZIL OD TUTUB YANIR

TOYLAR BAŞLAYIR, QIZIL OD TUTUB YANIR

   Məhərrəmlik ayı ilə əlaqədar dayanan toylar yenidən başlayır. Övladlarına toy etməyi düşünən ailələr artıq hazırlıqlara başlaıblar. Əsas düşündükləri isə qızılın qiymətindəki dəyişiklərdir.  

   Oktyabrda oğluna toy edəcəyini bildirən Süsənbər Alışanova deyir ki, qiymətlər çox bahadır. Süsənbər xanımın qayğılarını artıran tək qızılın qiyməti deyir. Ərzaq, digər toy üçün lazım olan ləvazimatlar da bahalaşıb, deyir müsahibimiz. “Toy məhərrəmlikdən dərhal sonraya salındığı üçün bu bahalıq bizə daha çox ziyan vuracaq. 1 il öncə oğluma nişan üzüyü aldıqda qiymətlər bu qədər yüksək deyildi. Hələ toy üçün dəst sırqa-üzük almamışıq. Ümid edirik ki, oktyabra kimi qiymətlər aşağı düşəcək”.

  Zərgər Teymur Aslanov isə Süsənbər xanımın ümidləri üçün yer görür. Deyir ki, qızılın qiymətlərində tez-tez fərq olur, qiymətlər gah aşağı enir, gah da qalxır. “Amma hazırda qiymətlər qalxıb. Məhərrəmlikdən sonra qızılın qiymətində 10-20 manat dəyişiklik olacaq”.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər