00:00:00
Yazar
Admin User
13.11.2023 10:38 290 2 dəq oxuma
Sosial

Toylarda bu qidalar təhlükəlidir

Toylarda bu qidalar təhlükəlidir

"Bəzi işbazlar kritik nöqtələrin analizindən xəbərləri olmadığı üçün işçi heyətini məcbur edirlər ki, əvvəlki toydan qalan yeməkləri yenidən təqdim etsinlər".

 

Bu sözləri informator.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov söyləyib. Mütəxəssisin sözlərinə görə, restoranlar maaliyyəni aşağı salmaq üçün belə addım atırlar.

 

“Amma pul qazanmaq üçün insanların sağlamlığını riskə atmaq olmaz. Ümumiyyətlə restoranlarda, ictimai iaşə müəssisələrində, xüsusilə də şadlıq evlərində bu gündən qalan məhsulları, sabah yenə təqdim edə bilirlər. Bu qidalardan biri də turşulardır. Hansı ki, onlar süfrədə artıq qalır və ikinci dəfə yenidən təqdim edilər. Düşünürəm ki,bu qida zəhərlənməsinsən başqa bir şey deyil. Çünki otaq temperaturunda saatlarla qalan məhsulu gətirib yenidən təqdim etmək birmənalı olaraq yolverilməzdir".

 

Mütəxəssis qida zəhərlənməsinə səbəb ola biləcək məhsullardan birinin də toyuq qril olduğunu söyləyir.

 

"Təhlükəli olan qidalardan birisi də toyuq qrildir. Məsələn, süfrəyə 20 dənə qril gətirirlər, hər masaya 2 ədəd qoyulanda , 3-4 qril artıq qalır. Nəticədə isə qalan qrili sabahkı toya saxlayırlar. Nəzərə alsaq ki, bu neçə saat otaq temperaturunda qalıb, yenidən süfrəyə təqdim edib, otaq temperaturunda saxlamaq qida zəhərlənməsinə səbəb ola bilər. Riskli qidalar qisminə, balıq və ləvəngini də aid etmək olar".

 

Ağa Salamov qeyd edir ki, mayonezli məhsullar da olduqca təhlükəlidir.

 

"Bir də mayonezli məhsullar var ki, onlar da təhlükəlidir. Məsələn paytaxt salatı, mimoza salatı. Əl vurulmayıb deyə geri qaytarılır, amma buna əl dəyməsə də, otaq temperaturunda qalıb, soyuducuda qalmayıb və bu da saatlar ötdükcə həmin məhsulun mikrobioloji çirklənməsinə gətirib çıxarır. Nəticədə isə bu qida ikinci dəfə süfrədə təqdim olunanda qida zəhərlənməsi qaçınılmaz olur”.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər