00:00:00
Yazar
Admin User
08.01.2026 17:25 68 1 dəq oxuma
Dünya

Tramp ABŞ-ni 66 beynəlxalq təşkilatdan çıxarıb

Tramp ABŞ-ni 66 beynəlxalq təşkilatdan çıxarıb

ABŞ Prezidenti Donald Tramp 31-i BMT agentliyi olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxmaq barədə fərman imzalayıb.

 

Ağ Evin açıqlamasında bildirilir ki, qərar bu təşkilatların ABŞ-nin milli maraqlarına xidmət etməməsi səbəbindən verilib. Sərəncama əsasən, ABŞ sözügedən qurumlardan həm üzvlük, həm də maliyyələşdirmə baxımından çıxacaq. Hansı təşkilatların siyahıya daxil edildiyi açıqlanmayıb.

 

Qeyd edək ki, Tramp ikinci prezidentlik müddətinin ilk günlərində Paris İqlim Sazişindən və BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq, həmçinin UNRWA-ya maliyyə dəstəyini dayandırmaq barədə qərarlar verib.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər