00:00:00
Yazar
Admin User
03.02.2026 05:38 41 1 dəq oxuma
Dünya

Tramp ABŞ-nin strateji mineral ehtiyatının yaradıldığını elan edib

Tramp ABŞ-nin strateji mineral ehtiyatının yaradıldığını elan edib

Birləşmiş Ştatlar kritik faydalı qazıntıların strateji ehtiyatının yaradılmasına başlayır, onun formalaşmasına birinci mərhələdə 12 milyard dollar vəsait ayrılacaq.

 

"İnformator.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə çıxışında bildirib.

 

Onun sözlərinə görə, ABŞ-nin İxrac-İdxal Bankı tərəfindən təşəbbüs üçün 10 milyard dollar ayrılacaq, əlavə 2 milyard dollar isə özəl sektordan gələcək. "Bu gün biz fövqəladə hallarda mülki məqsədlər üçün ABŞ-nin vacib mineralların strateji ehtiyatının yaradılmasını elan edirik", - Tramp bildirib. Qeyd edib ki, hakimiyyət orqanları "Vault" layihəsinin icrası üçün istifadə edilən kreditdən faiz gəliri əldə etməyi gözləyirlər.

 

Öz növbəsində, ABŞ-nin İxrac-İdxal Bankının prezidenti Con Yovanoviç strateji ehtiyatın Amerikanın vergi ödəyiciləri tərəfindən subsidiyalaşdırılmayacağını vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər