00:00:00
Yazar
Hüseynova Mələk
06.07.2026 19:05 23 1 dəq oxuma
Dünya

Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq

Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq

Vaşinqton ya razılaşma bağlamaqla, ya da digər yollarla İranın nüvə silahına sahib olmasının qarşısını almaq niyyətindədir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı bildirib.

 

"Düşünürəm ki, neftin qiyməti hazırda elə bir səviyyədədir ki, hətta biz müharibəyə başlamazdan əvvəl olduğundan da aşağıdır. Biz güzəştlərə nail olduq və onlar bu razılaşmalara əməl etməlidirlər. Lakin onların nüvə silahı olmayacaq. Mənim "nüvə tozu" adlandırdığım zənginləşdirilmiş nüvə materialını əldə edəcəyik", - Tramp deyib.

ABŞ Prezidentinin sözlərinə görə, ölkəsi istənilən halda öz məqsədinə çatacaq. "Biz ya razılaşma bağlayacağıq, ya da işi axıra çatdıracağıq. Və bunu tamamlamaq çətin olmayacaq", - Tramp vurğulayıb.

#Tramp #ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər