00:00:00
Yazar
Güllər Gülhüseynova
17.11.2026 16:45 56 1 dəq oxuma
Dünya

Tramp APEC sammitində Putinlə ikitərəfli görüşünü istisna etməyib

Tramp APEC sammitində Putinlə ikitərəfli görüşünü istisna etməyib

ABŞ Prezidenti Donald Tramp imkan yaranacağı halda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirə biləcəyini bildirib.

 

"İnformator.az" xəbər verir ki, o, bunu Manilada keçirilən ASEAN sammiti çərçivəsində Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD - Quadrilateral Security Dialogue) ölkələrinin - Avstraliya, Hindistan və Yaponiyanın liderləri ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

 

"Bilmirəm. Belə bir imkan yaranarsa, görüş keçirərdim", - Tramp deyib.

 

Eyni zamanda ABŞ lideri vurğulayıb ki, o, sammitdə Çin tərəfinin qonağı olacaq və buna görə də görüşləri harada və kiminlə keçirə biləcəyinə tam nəzarət etmir.

 

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək.

#xəbər #görüşünü #ikitərəfli #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər