Ukrayna böhranı: ABŞ və Avropa nümayəndələri ilə yeni müzakirələr aparılıb
Qlobal siyasətin mərkəzində olan Ukrayna böhranının tənzimlənməsi istiqamətində diplomatik səylər intensivləşib. Bu fonunda Ukrayna, ABŞ və Avropa nümayəndələrinin birgə keçirdiyi müzakirələr münaqişənin həlli yolları ilə bağlı yeni gözləntilər yaradıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Rusiyanın bu danışıqlarda maksimalist yanaşması hər hansı bir razılaşma yönündə mövqeləri yaxınlaşdırmağı istisna edir. Çünki Rusiya Ukraynanın NATO-dan birmənalı imtinasını, o cümlədən Ukrayna qoşunlarının dəfələrlə azaldılması, silah-təchizatının tamamilə dayandırılması tələb olunur və bu yöndə tələblər daha çoxdur:
"Avropanın yeni təhlükəsizlik arxitekturası adı altında Rusiya yenidən həm Şərqi Avropada, həm də postsovet məkanında özü üçün yeni təsir dairəsi yaratmaq istəyir. NATO-nun bütün infrastrukturlarının 1997-ci ilə qədər mövcud olan sərhədlərdən geri çəkilməsini tələb edir. Bu da Polşa, Bolqarıstan, Rumıniya kimi Şərqi Avropa ölkələrindən NATO qoşunlarının çıxarılması, o cümlədən bu ölkələrin də NATO-dan çıxarılması tələbi deməkdir. Baltikyanı ölkələrin-Latviya, Litva, Estoniya kimi ölkələrin, son illərdə NATO-ya üzv olan Finlandiya, İsveç kimi dövlətlərin NATO-dan çıxarılmasını tələb edir".
Politoloq qeyd edir ki, bu maksimalist tələbləri nə Ukrayna səviyyəsində, nə də NATO Avropa Birliyi səviyyəsində kimsə qəbul etməyəcək:
“Ona görə də bu danışıqlarda necə Rusiya maksimalist mövqedən çıxış edirsə, Avropa Birliyi də maksimalist mövqedən çıxış edir. Burada ilk növbədə Avropa Birliyinin təhlükəsizliyi öndədir və Ukraynanın təhlükəsizliyini də Avropa birliyinin təhlükəsizliyi kimi qəbul edir. Ona görə hər hansı bir danışıqlarda mövqelərin ciddi şəkildə yaxınlaşmasını gözləmək çox çətindir. ABŞ-in indiki vəziyyətdə Ukraynaya hər hansı yardımdan söhbət getmir, əksinə bu danışıqlar aparıldığı bir zamanda Ukraynanın Rusiyanın ballistik raketlərindən və reaktiv dronlarından qorunmaq üçün Ukraynaya etdiyi “Peac” antenaları vasitəsilə ötürülən internetin sürəti azaldılıb. Yəni “Starlink”in hərbi variantı olan “Star Shield” “Peac” ötürülməsi azaldılıb ki, bu da reaktiv dronları və ballistik raketlərin qarşısını almağa imkan vermir. Yəni ABŞ-nin yardımından daha çox Ukrayna üçün ABŞ-nin yaratdığı məhdudiyyətlərdən danışmaq lazımdır. Avropa Birliyi əlbəttə hələ də maliyyə və hərbi silahların alınması kontekstində o cümlədən dronların təchizatı birgə istehsal baxımından Ukrayna yardımlarını davam etdirir. Avropa Birliyinin Ukraynaya ayırdığı 7,6 milyard avro da buna bariz işarədir. Bu həm də Rusiyaya verilən çox ciddi mesajdır ki, Ukrayna bundan sonra da Avropa Birliyi tərəfindən müdafiə olunacaq. İndiki danışıqlar çərçivəsində müharibə dayanmayıb və atəşkəsti məhz Rusiya tərəfi qəbul etmir. Bu gün intensiv olaraq Ukraynanın bütün mərkəzi şəhərləri ballistik raket və reaktiv dronlarla vurulur, xüsusilə də yaşayış məskənləri, mülki infrastrukturlar və enerji infrastrukturları vurulur".
Xədicə İsmayılova