00:00:00
Yazar
Admin User
17.01.2026 17:51 61 1 dəq oxuma
Dünya

Tramp: Avropa ölkələri Qrenlandiya üzərində təhlükəli oyun oynayır

Tramp: Avropa ölkələri Qrenlandiya üzərində təhlükəli oyun oynayır

Avropa ölkələri Qrenlandiya üzərində təhlükəli oyun oynayır.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "TruthSocial" sosial şəbəkəsində bildirib.

 

O yazıb ki, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Britaniya, Hollandiya və Finlandiya naməlum məqsədlərlə Qrenlandiyaya yola düşüblər.

O, bu ölkələrin planetdə təhlükəsizliyin qorunması üçün çox təhlükəli bir vəziyyət yaratdıqlarını deyib.


Ağ Ev rəhbəri bildirib ki, bu ölkələr qəbuledilməz bir risk səviyyəsi yaradıblar.

Tramp həmçinin Qrenlandiyadakı vəziyyətlə əlaqədar olaraq 1 fevral tarixindən etibarən bu Avropa ölkələrinə 10% tarif tətbiq olunacağını elan edib. 1 iyun 2026-cı il tarixindən etibarən bu ölkələr üçün tariflər 25%-ə qədər artacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər