00:00:00
Yazar
Güllər Gülhüseynova
24.03.2026 19:41 62 1 dəq oxuma
Dünya

Tramp bəzi ölkələrin liderlərinə sığınıb- İnqilab Keşikçiləri

Tramp bəzi ölkələrin liderlərinə sığınıb- İnqilab Keşikçiləri

Əli Abdullahi ABŞ-nin İranda bataqlığa saplandığını müdafiə edərək, “Tramp sahədəki reallıqları və hədəflərinin həyata keçməyəcəyini anladıqdan sonra, müharibədən çıxmaq üçün bəzi ölkələrin liderlərinə sığınıb” deyib.

 

Əli Abdullahi İran mətbuatına görə, ABŞ və İsrailin İrana qarşı hücumları barədə açıqlamalar verib.

 

Abdullahi Donald Trampın müharibədən çıxmaq üçün cəhd etdiyini iddia edib və bunun İran xalqı üçün qürurverici olduğunu bildirib.

 

Abdullahi həmçinin ABŞ və İsrailin İrana qarşı şiddətli müharibə başlatdığını, müharibənin ilk günlərində İran lideri və yüksək səviyyəli komandirlərə sui-qəsdlər təşkil edərək İranı 48 saat ərzində devirməyi planladıqlarını iddia edib və ölkəsinin xalqı və silahlı qüvvələri ilə birlikdə ABŞ-ni məğlub etməyə məcbur etdiyini bildirib.

 

TRT XƏBƏR 
Lalə Qurbanlı

#ölkələrin #bəzi #liderlərinə #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər