Tramp bu ölkələrə Qrenlandiyaya görə rüsum tətbiq edib
Vaşinqton administrasiyası Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Finlandiya və Niderlanda 10% tarif tətbiq edəcək. Bu tariflər ABŞ-ın Qrenlandiya ilə bağlı razılıq əldə edənə qədər qüvvədə qalacaq.
"İnformator.az"xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“1 fevral 2026-cı il tarixindən etibarən yuxarıda adı çəkilən bütün ölkələrə 10% rüsum tətbiq ediləcək. 1 iyun 2026-cı il tarixində isə tariflər 25%-ə qədər yüksələcək.
Bu rüsumlar Qrenlandiya ilə bağlı razılıq əldə olunanadək tətbiq ediləcək", - deyə Tramp qeyd edib.
