Tramp daxili və xarici təzyiqlərlə üzləşir
ABŞ Prezidenti Donald Trump 80 yaşına yaxınlaşarkən siyasi gücünü qorumağa çalışsa da, həm ölkə daxilində, həm də xaricdə üzləşdiyi problemlər onun təsir imkanlarının sərhədlərini üzə çıxarır. İkinci prezidentlik müddətinin 17-ci ayında məhkəmələrin müqaviməti, İranla bağlı siyasətdə irəliləyişin olmaması və reytinqlərinin zəifləməsi Trampın mövqeyinə təsir göstərir.
Bununla belə, Tramp Respublikaçılar Partiyası üzərində ciddi nüfuzunu qoruyur. O, partiya daxilində bir sıra seçki yarışlarının nəticələrinə təsir göstərib, sərt ticarət siyasətini davam etdirib və Vaşinqtonda genişmiqyaslı tikinti layihələrinə start verib. Bununla yanaşı, noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Respublikaçıların Konqresdəki üstünlüyünü qorumaq uğrunda mübarizə apardığı qeyd olunur.
Reuters
Ədilə Hüseynzadə