Tramp hədələyib
ABŞ Prezidenti Donald Tramp Mavrikiyə məxsus Dieqo-Qarsiya adasındakı ABŞ bazasının mövcudluğuna təhdid yaranacağı təqdirdə hərbi əməliyyatlarla hədələyib.
"İnformator.az" xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə danışığından sonra X sosial şəbəkəsində yazıb.
"Mən başa düşürəm ki, Baş nazir Starmerin bağladığı razılaşma, çoxlarının fikrincə, mümkün olan razılaşmalardan ən yaxşısıdır. Lakin əgər gələcəkdə icarə müqaviləsi nə vaxtsa ləğv edilərsə, yaxud kimlərsə bazamızdakı ABŞ əməliyyatlarını və qüvvələrini hədələyərsə, ya da təhlükə altına qoyarsa, mən Dieqo-Qarsiyada ABŞ-nin mövcudluğunu hərbi yolla təmin etmək və möhkəmləndirmək hüququnu özümdə saxlayıram", - Tramp yazıb.
