00:00:00
Yazar
Admin User
13.01.2026 13:53 77 1 dəq oxuma
Dünya

Tramp İrana qarşı hava zərbələrini istisna etmir

Tramp İrana qarşı hava zərbələrini istisna etmir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirir. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, təhlükəsizlik qüvvələrinin son aksiyalarda insanlara sərt müdaxiləsi əslində ABŞ-yə İrana növbəti hücum üçün bəhanə verir:

 

"Çünki Tramp bununla bağlı əvvəlcədən xəbərdarlıq edib. İndi Tramp müəyyən qədər gözləmə mövqeyindədir. Daxili proseslərin nəticəsini gözləyir. Digər tərəfdən ABŞ-nin müdaxiləsinin proseslərə necə təsir edəcəyi də müzakirə olunur. Bu həm meydanlara çıxan aksiya iştirakçılarını cəsarətləndirə, həm də gözlənilmədən aksiyaları bir kənara qoyub, xarici düşmənə qarşı birləşdirə bilər. Əslində ABŞ-nin strateji səhvi Rza Pəhləvini İran hakimiyyətinə əsas alternativ kimi dəstəkləməsi olub. Bu amil İranda aksiya iştirakçılarını parçalanmasına gətirib çıxartdı ki, rejim də bundan istifadə edib. İndiki vəziyyətdə İran rəhbərliyi danışıqlara hazır olduğunu bəyan etməklə birləşmiş ştatların müdaxiləsinə əngəl olmağa çalışır. Amma Trampın şərtləri rejim üçün ağırdır. Çünki ABŞ prezidentinin tələbi hakimiyyətin təhvil verilməsi olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər