Tramp İranın ali lideri ilə görüşmək istədiyini bildirib
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xamenei ilə görüşmək istədiyini açıqlayıb.
O, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.
“Onunla görüşmək istərdim. Mən hamı ilə görüşməyi sevərdim. Onunla görüşmək istəyirəm və yəqin ki, müəyyən məqamda görüşəcəyik. Bu isə proseslərin necə inkişaf edəcəyindən asılı olacaq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, Xamenei İranda qərarların qəbul olunması prosesində “tam şəkildə” iştirak edir.
Tramp həmçinin iddia edib ki, İran nüvə silahının hazırlanmasından imtina etməyə razılaşıb. Onun sözlərinə görə, mümkün razılaşma “çox müsbət nəticələrə” səbəb ola bilər.
TASS
Nuray Əliyeva