00:00:00
Yazar
Ayşən Səlimova
06.03.2026 20:18 37 1 dəq oxuma
Dünya

Tramp İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməli olduğunu deyib

Tramp İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməli olduğunu deyib

"Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu yüngül atletdir. Mən təyinatda iştirak etməliyəm, Venesuelada Delsi Rodrigezsdə olduğu kimi", - deyə Tramp əlavə edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfüqar "İnformator.az"a açıqlama verib. O bildirib ki, bu tip açıqlamalar ABŞ-İran münasibətlərində mövcud gərginliyin daha da artmasına səbəb ola bilər:

 

"Birinci növbədə, ABŞ-də bu cür bəyanatların səsləndirilməsi siyasi ritorika kontekstində qiymətləndirilməlidir. Belə açıqlamalar adətən ABŞ-nin İran siyasətində sərt mövqeyini nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, bu cür bəyanatlar İranın daxili siyasi proseslərinə müəyyən psixoloji və siyasi təsir göstərə bilər. Digər tərəfdən, bu tip açıqlamalar ABŞ-İran münasibətlərində mövcud gərginliyin daha da artmasına səbəb ola bilər. ABŞ-dən gələn bu cür mesajları Tehran siyasi təzyiq və ya psixoloji təsir aləti kimi qiymətləndirə bilər ki, bu da vəziyyətin daha da sərtləşməsinə gətirib çıxara bilər. Bununla belə, regionda davam edən gərginlik fonunda prosesin beynəlxalq siyasətdə diqqətlə izlənəcəyi və müxtəlif aktorlar vasitəsilə siyasi mesaj vasitəsi kimi istifadə olunacağı ehtimalı yüksəkdir".

 

 

Səmayə Səftərova

#növbəti #baki #iştirak #liderinin #deyib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər