00:00:00
Yazar
Admin User
17.01.2026 04:30 63 1 dəq oxuma
Dünya

Tramp İranla bağlı Netanyahu ilə ikinci dəfə danışıb

Tramp İranla bağlı Netanyahu ilə ikinci dəfə danışıb

ABŞ Prezidenti Donlad Tramp İrandakı vəziyyəti müzakirə etmək üçün İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikinci telefon danışığı aparıb.

 

"İnformator.az" "Axios"a istinadən xəbər verir ki, bu barədə söhbətin məzmunu ilə tanış olan iki mənbə məlumat verib.

 

Qeyd olunub ki, Tramp geniş etirazlar və daxili qeyri-sabitlikdən əziyyət çəkən İran rejiminə qarşı mümkün hərbi hücum və ya diplomatik danışıqlara keçid üçün variantları nəzərdən keçirərkən bu, liderlər arasında son iki gündə ikinci söhbətdir.

 

Ağ Ev və İsrail Baş nazirinin ofisi şərh verməkdən imtina edib.

 

Çərşənbə günü keçirilən ilk telefon danışığı zamanı Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatlardan çəkinməsini istəyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər