00:00:00
Yazar
Nərmin Həşimova
17.06.2026 20:38 29 1 dəq oxuma
Siyasət

Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır- ŞƏRH

Tramp İranla razılaşmanı ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə hazırdır- ŞƏRH

ABŞ Prezidenti Donald Tramp İranla memorandumun mətnini Konqresin müzakirəsinə təqdim etməyə hazırdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair anlaşma memorandumu Vaşinqtonun siyasi dairələrində birmənalı qarşılanmayıb:


“Tramp administrasiyası İrana həddindən artıq güzəştlər etməkdə ittiham olunur. Tənqidçilər arasında Respublikaçılar Partiyasını təmsil edən konqresmen və senatorların da olması Trampı memorandumu ABŞ Konqresinin müzakirəsinə təqdim etməyə sövq edir. Əgər Tramp bunu edərsə və Konqres sənədə müsbət rəy verməzsə, hərbi əməliyyatların başlanması ehtimalı arta bilər. Beləliklə, həm memorandumun taleyi, həm də İranla münasibətlərin gələcəyi böyük ölçüdə Konqresin qərarından asılıdır. Konqresin razılığı olmadan Tramp üzərinə götürdüyü öhdəlikləri həyata keçirə bilməz. Memorandumun qəbul edilməsi isə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər”.


Nurgün Qənizadə

#razılaşma #İran #ABŞ #Tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər