Tramp Kanadadan gətirilən avtomobillərə yeni rüsumlar tətbiq edə bilər
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarının nəticəsiz qalmasından sonra ölkədən idxal edilən avtomobillərə yeni tariflər tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Tramp Kanada avtomobillərinə yeni rüsumların yanvarın 1-dən qüvvəyə minə biləcəyini bildirib.
Bu arada Kanadanın Baş naziri Mark Karni həftəsonu ABŞ tərəfindən Kanada mallarına tətbiq edilən yeni tariflərə cavab hazırlayır. Karni sentyabrın 8-dən etibarən ABŞ-nin tətbiq etdiyi rüsumlara, o cümlədən polad, süd məhsulları, məişət texnikası və elektronika üzrə tariflərə “dollarla dollara” eyni şəkildə cavab verəcəklərini açıqlayıb.
Hər iki ölkə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşsa da, danışıqlar tərəflərin bir-birini son anda şərtləri dəyişməkdə ittiham etməsindən sonra pozulub.
Güllər Gülhüseynova