Tramp Kubada hakimiyyət dəyişikliyi əməliyyatını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisi üzrə əməliyyat keçirilməsi ehtimalını istisna etməyib.
Tramp bu barədə "Axios" portalına müsahibəsində danışıb.
Jurnalistin Kubada belə bir əməliyyatın mümkünlüyü ilə bağlı sualına cavab olaraq Tramp “Mümkündür. Bu mümkündür” deyib.
ABŞ lideri qeyd edib ki, Kuba və Venesuela İranla müqayisədə ABŞ ərazisinə daha yaxındır.
“İran çox uzaqdadır. Venesuela isə nisbətən yaxındır, Kuba isə demək olar ki, qapımızın ağzındadır”, - deyə Tramp bildirib.
O, həmçinin dövlət katibi Marko Rubionun Kuba siyasətinin formalaşdırılmasında fəal iştirak etdiyini vurğulayıb.