00:00:00
Yazar
Güllər Gülhüseynova
06.03.2026 21:34 28 1 dəq oxuma
Dünya

Tramp Kubanın çox yaxında çökəcəyini iddia edib

Tramp Kubanın çox yaxında çökəcəyini iddia edib

Donald Tramp uzun müddətdir iqtisadi sanksiyaları artırdığı Kubanın “çox yaxında çökəcəyini” bildirib.

 

Donald Tramp ABŞ-də yayımlanan CNN televiziya kanalına telefonla qoşularaq Kuba ilə bağlı yeni açıqlamalar verib.

 

Prezidentliyinin ikinci dövründəki uğurlarını tərifləyən Tramp, “Kuba da çox yaxında çökəcək. Onlar razılaşma əldə etmək üçün can atırlar” deyib.

 

Tramp kubalılarla razılaşma prosesi üçün ABŞ-nin dövlət katibi Marko Rubionu prosesə cəlb edəcəyini bildirərək, hazırda bu məsələyə fokuslandıqlarını qeyd edib.

 

“50 ildir bu anı gözləyirəm. İndi isə Kuba qucağıma düşdü” deyən Tramp bu istiqamətdə çox yaxşı irəlilədiklərini vurğulayıb.

 

ABŞ prezidenti bir gün əvvəl Ağ Evdə verdiyi açıqlamada amerikalı kubalıların evlərinə qayıtmasının sadəcə zaman məsələsi olduğunu bildirib.

 

İrana qarşı hücumların “uğurlu” olduğunu iddia edən Tramp Tehran rəhbərliyinin təslim olacağını düşündüyünü dedikdən sonra “Kuba da çökəcək” ifadəsini işlədib.

 

TRT XƏBƏR 
Lalə Qurbanlı

#gündəm #yaxında #xəbər #iddia
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər