00:00:00
Yazar
Admin User
12.01.2026 18:16 66 1 dəq oxuma
Dünya

Tramp “NATO-nu xilas etdim”,-deyir.

Tramp “NATO-nu xilas etdim”,-deyir.

Qrenlandiya böhranı ilə bağlı artan gərginlikdən sonra ABŞ prezidenti Tramp Truth Social hesabında “NATO-nu xilas etdim” paylaşımını edib.

 

Qrenlandiya və Avropa ölkələri ilə gərginlik davam edərkən, ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında təəccüblü paylaşım edib. Tramp öz paylaşımında “NATO-nu xilas etdim”,- deyib. 

 

Bundan əvvəl NATO ilə bağlı jurnalistlərə verdiyi açıqlamalarda ABŞ prezidenti üzv ölkələrin ümumi daxili məhsulunun 5 faizini müdafiəyə ayırmasını təmin etdiyini bildirib. Tramp, "Əvvəllər 2 faiz idi, ödəmirdilər. İndi 5 faiz ödəyirlər. NATO-nu xilas edən mənəm. Mən prezident olmasaydım, bu gün NATO-nuz olmazdı",- deyib.

 

ABŞ liderinin açıqlamaları NATO üzvlərinin hərbi xərclərini artırmağa davam etdiyi bir vaxta təsadüf edir. Ötən ilin dekabrında NATO-nun baş katibi Mark Rutte vurğulayıb ki, müttəfiq ölkələri ordularına daha çox sərmayə qoymağa vadar edən ən mühüm amillərdən biri Trampın bu istiqamətdəki qətiyyətli mövqeyidir.

 

Danimarkanın baş naziri Frederiksen Trampın Qrenlandiyaya qarşı təhdidlərinin NATO və Qərb ittifaqının əsaslarını sarsıtdığını bildirərək, ölkəsinin “tale anı”ndan keçdiyini bildirib. Frederiksen, "Məsələ göründüyündən də böyükdür. Əgər müttəfiqini təhdid edən ABŞ ilə qarşılaşırıqsa, hər şey bununla bitər",-deyib.

 

Aydan Əsgərxanlı 

CNN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər