Tramp neft qiymətlərinə görə araşdırma başlanmasını tapşırıb
ABŞ Prezidenti Donald Tramp ölkədə neft məhsullarının qiymətlərinin kifayət qədər sürətlə aşağı düşməməsindən narazılığını ifadə edib və bununla bağlı araşdırma aparılmasını tapşırıb. O, "Truth Social" hesabında yazıb ki, iri neft şirkətləri xam nefti daha ucuz qiymətə əldə etsələr də, yanacaqdoldurma məntəqələrində qiymətləri buna uyğun şəkildə endirmirlər. Tramp bu səbəbdən ABŞ Ədliyyə Nazirliyinə məsələni dərhal araşdırmağı tapşırdığını bildirib.
Daha əvvəl ABŞ prezidenti iyunun 22-də Hörmüz boğazından təxminən 19 milyon barel neftin çıxarıldığını qeyd edərək, bunun qlobal təhlükəsizliyə müsbət təsir göstərdiyini və neft qiymətlərinin sürətlə aşağı düşdüyünü iddia edib. Trampın sözlərinə görə, neft qiymətlərinin ucuzlaşması dünya üçün daha təhlükəsiz mühitin formalaşmasına şərait yaradır.
TASS
Mələk Hüseynova