00:00:00
Yazar
Güllər Gülhüseynova
08.07.2026 17:44 28 1 dəq oxuma
Dünya

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməyən danışıqçılardır.

 

"İnformator.az" xəbər verir ki, o bu barədə Ankarada Ukrayna Prezidenti ilə görüşündə bildirib.

 

ABŞ liderinin sözlərinə görə, sonda Rusiya və Ukrayna arasında razılaşma əldə olunacaq: 

 

"Bu razılaşma üzərində iş artıq çoxdan aparılır. Onun öz müsbət və mənfi cəhətləri var. Hər iki tərəf onun nədən ibarət olduğunu bilir. Bəzən o sadə görünə bilər, amma onda bir həqiqət payı var. Parkda bir-birini sevməyən və dalaşmağa başlayan iki uşağı təsəvvür edin. Bəzən bunun nə qədər ağır olduğunu özlərinin anlaması üçün onlara dalaşmağa icazə vermək lazmdır. Müharibə, döyüş əməliyyatları ağırdır".

 

O həmçinin tərəflərin sülh yolu ilə nizamlanmanın mümkün olduğu bir məqama yaxınlaşdığına dair fikir də ifadə edib:

 

"Maraqlıdır ki, belə demək olar: hazırda Ukrayna və Rusiya arasındakı vəziyyət heç vaxt olmadığı qədər pisdir".

#danışıqçılardır #tramp: #putin #getməyən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər