Tramp Putinlə danışıb
ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri məlumat yayıb.
O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş öncəsi baş tutan telefon söhbəti olduqca yaxşı və məhsuldar keçib.
