00:00:00
Yazar
Admin User
22.01.2026 16:49 62 1 dəq oxuma
Dünya

Tramp Qrinlandla bağlı “gələcək razılaşma çərçivəsi”ni açıqlayıb

Tramp Qrinlandla bağlı “gələcək razılaşma çərçivəsi”ni açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Qrinland və Arktika bölgəsi ilə bağlı gələcək razılaşma çərçivəsinin formalaşdırıldığını bəyan edib. O, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu zamanı danışıb.

 

Tramp bildirib ki, sözügedən çərçivə ABŞ və NATO arasında Arktika təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur və Qrinlandın strateji əhəmiyyəti ilə bağlıdır. Onun sözlərinə görə, razılaşma hələ yekun deyil və detalları yaxın vaxtlarda açıqlanacaq. ABŞ prezidenti bu açıqlamadan sonra Avropa ölkələrinə qarşı tətbiq edilə biləcək ticarət tariflərinin dayandırıldığını da qeyd edib. Danimarka tərəfi isə Qrinlandın suverenliyinin müzakirə mövzusu olmadığını vurğulayaraq, istənilən əməkdaşlığın yalnız təhlükəsizlik və NATO çərçivəsində ola biləcəyini bildirib. Qeyd edək ki, Qrinland Arktika bölgəsində artan geosiyasi rəqabət fonunda ABŞ və NATO üçün strateji əhəmiyyətə malik ərazi hesab olunur.

 

BBC News

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər