00:00:00
Yazar
Admin User
11.01.2026 13:10 71 1 dəq oxuma
Dünya

Tramp Rubionun Kuba prezidenti ideyasına reaksiya verib: Əla səslənir!

Tramp Rubionun Kuba prezidenti ideyasına reaksiya verib: Əla səslənir!

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə istifadəçilərindən birinin dövlət katibi Marko Rubionun Kuba prezidenti təyin olunması barədə ideyasına müsbət reaksiya verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" platformasındakı hesabında yazıb.

 

Belə ki, "X" sosial şəbəkəsinin istifadəçilərindən biri paylaşımında Marko Rubionun Kubanın növbəti prezidenti olacağını iddia edib.

 

Donald Tramp isə həmin paylaşıma şərh verərək istifadəçinin fikrini dəstəkləyib:


"Məncə, əla səslənir!"

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər