00:00:00
Yazar
Admin User
05.02.2026 05:37 53 1 dəq oxuma
Dünya

Tramp təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirib

Tramp təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu, lakin bu cür fikirlərdən uzaqlaşmağa çalışdığını bildirib.

 

"İnformator.az" xəbər verir ki, Amerika liderinin bu barədə "NBC News" telekanalına müsahibəsində dediklərini Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində paylaşıb.

 

"Mən buna görə narahatam, lakin bu fikirləri başından atmalısan, əks halda, öz işini görmək qeyri-mümkün olardı", – deyə Amerika lideri müvafiq suala cavabında bildirib.

 

Tramp müsahibəsində həmçinin Çin Sədri Si Cinpinin 2026-cı ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyinin anonsunu verib: "Mən apreldə orada (Çində - red.) olacağam, sonra isə o (Si Cinpin - red.), ilin sonuna doğru Ağ Evə gələcək".

 

Qeyd edək ki, Tramp 2024-cü ildə həyatına qarşı iki sui-qəsd cəhdi ilə üzləşib. Birinci hadisə iyul ayında Pensilvaniyada keçirilən seçki öncəsi mitinqdə baş verib – o zaman snayperin atdığı güllə siyasətçinin qulağına dəyib. İkinci insident isə Florida ştatındakı Mar-a-Laqo iqamətgahının yaxınlığında qeydə alınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər