00:00:00
Yazar
Admin User
15.08.2025 17:17 74 1 dəq oxuma
Dünya

Tramp: “Ukrayna adından danışmayacağam”

Tramp: “Ukrayna adından danışmayacağam”

ABŞ Prezidenti Donald Tramp Alyaskaya gedərkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib ki, məqsədi Ukrayna və Rusiyanı danışıqlar masasına gətirməkdir.

 

“Onlar müzakirə olunacaq, amma qərarı Ukraynanın verməsinə icazə verəcəyəm və düşünürəm ki, düzgün qərar verəcəklər. Mən Ukrayna adından danışıqlar aparmaq üçün burda deyiləm, onları masaya gətirmək üçün burdayam",– Tramp deyib.

 

Onun bu açıqlamaları Kiyevin Rusiyanın işğal etdiyi ərazilərin möhkəmləndirilməsinə yol aça biləcək istənilən razılaşmaya qarşı xəbərdarlığından sonra gəlib. Tramp, Rusiyanın son hərbi hücumunun Putinin gələcək danışıqlarda mövqeyini gücləndirmək məqsədi daşıdığını bildirib.

 

“Düşünürəm ki, onlar danışıqlara hazırlaşırlar. O, (Putin) özünə bir zəmin hazırlayır. Bu, əslində ona zərər verir, amma onun fikrincə, bu şəkildə daha yaxşı razılaşma əldə edə bilər, əgər qırğınlar davam etsə",– Tramp qeyd edib.

 

ABŞ lideri sammitin nəticələrinə optimist yanaşdığını, Putinlə şəxsi münasibətlərinin və danışıqlardakı təcrübələrinin bunu mümkün etdiyini deyib:

“O, ağıllı adamdır, uzun müddətdir bu işlə məşğuldur, amma mən də eləyəm… Biz bir-birimizi başa düşürük, hər iki tərəfdə hörmət var və düşünürəm ki, nəticə olacaq".

 

Tramp həmçinin Putinin görüşə rusiyalı biznes nümayəndələri ilə gələcəyini müsbət addım kimi qiymətləndirib:

“Mən bunu bəyənirəm, çünki onlar biznes etmək istəyirlər, amma müharibə bitmədən bunu edə bilməzlər".

 

ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər