00:00:00
Yazar
Admin User
27.12.2025 04:36 83 1 dəq oxuma
Dünya

Tramp Ukraynada müharibəyə son qoymaq üçün yaxşı şansın olduğuna inanır

Tramp Ukraynada müharibəyə son qoymaq üçün yaxşı şansın olduğuna inanır

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yaxşı şansın olduğuna inanır.

 

"İnformator.az" xəbər verir ki, Amerika lideri "New York Post"a müsahibəsində fikirlərini bölüşüb.

 

"Düşünürəm ki, bunu etmək üçün yaxşı şansımız var. Mən səkkiz müharibəni həll etmişəm və bu, ən çətin olanıdır. Amma düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik", - deyə o qeyd edib.

 

Nəşr qeyd edir ki, ABŞ prezidenti dekabrın 28-də ukraynalı həmkarı Volodimir Zelenski ilə gözlənilən görüşdə bu məsələ ilə bağlı razılığın əldə olunmasının mümkünlüyünə nikbin baxır.

 

Tramp hesab edir ki, münaqişənin hər iki tərəfi ona son qoymaqda maraqlıdır:

 

"Düşünürəm ki, onlar (Ukrayna - red.) indi bunu etmək istəyirlər və məncə, Rusiya da eyni şeyi istəyir. Amma hər dəfə bir tərəf bunu etmək istəyini nümayiş etdirsə də, qarşı tərəf bunu etmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər