00:00:00
Yazar
Aise Mustafayeva
07.09.2026 22:33 53 2 dəq oxuma
Gündəm

Tramp Ukraynada sülhə tələsir? – Ekspertdən diqqətçəkən açıqlama

 

 

Tramp Ukraynada sülhə tələsir? – Ekspertdən diqqətçəkən açıqlama

Prezidenti Donald Trampın nümayəndəsi və kürəkəni Cared Kuşnerin Ukraynada uzunmüddətli və davamlı sülhün təmin olunması ilə bağlı açıqlaması diqqət çəkir. Kuşner Kiyevdə keçirilən danışıqların ilk mərhələsinin yekunlarına dair bildirib ki, Trampın məqsədi yalnız müharibəni dayandırmaq deyil, həm də gələcəkdə yeni müharibənin qarşısını ala biləcək şərtlər yaratmaqdır. Siyasi şərhçi Araz Xan deyir ki, Donald Tramp Ukraynada mümkün qədər tez atəşkəsə nail olmağa çalışır.

 

 

“Tramp tələsir. O, mümkün qədər tez bir zamanda Ukraynada atəşkəsə nail olmaq istəyir və azalan reytinqini təcili bərpa etməyə çalışır. Tramp hər kəsə göstərmək istəyir ki, onun resursları tükənməyib. Bunun üçün də bütün imkanlarını səfərbər edib”.

 

 

Siyasi şərhçinin sözlərinə görə, ABŞ Prezidentinin adından Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Stiv Uitkoff və Cared Kuşner aparır. Onun fikrincə, tərəflər arasında mümkün razılaşmanın əsas konturları ilə bağlı artıq müəyyən təkliflər gündəmə gətirilib.

 

 

“Mətbuata sızan məlumatlara görə, onlar cəbhə xəttinin mövcud vəziyyətdə dondurulmasını və Ukrayna ordusunun sayına limit qoyulmasını müzakirə ediblər. Bunun əvəzində isə dondurulmuş 100 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəldilməsi təklif olunur”.

 

 

Araz Xan hesab edir ki, mümkün razılaşmada Rusiyanın əldə edə biləcəyi əsas üstünlüklərdən biri də Qərbin tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması ola bilər.

 

 

“Danışıqlarda Rusiyanın qazancı sanksiyaların mərhələli ləğvi ola bilər. Lakin hələlik nə Vladimir Putin, nə də Volodimir Zelenski güzəştə getməyə hazır görünür”.

 

 

Siyasi şərhçinin fikrincə, Tramp administrasiyasının əsas məqsədi yalnız atəşkəs əldə etmək deyil, həm də münaqişənin yenidən alovlanmasının qarşısını alacaq mexanizmlər formalaşdırmaqdır. Bununla belə, tərəflərin əsas məsələlərdə mövqelərinin bir-birindən ciddi şəkildə fərqlənməsi danışıqlar prosesini mürəkkəbləşdirir.

 

 

Araz Xanın sözlərinə görə, hazırkı mərhələdə ABŞ-ın vasitəçilik səylərinin nəticəsi əsasən Moskva və Kiyevin hansı məsələlərdə güzəştə getməyə hazır olmasından asılı olacaq. Əgər tərəflər prinsipial mövqelərindən geri çəkilməsələr, uzunmüddətli sülhə nail olmaq cəhdləri də çətinliklərlə üzləşə bilər.

 

 

Aişə Mustafayeva

#ukraynada #gündəm #ekspertdən #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər