00:00:00
Yazar
Admin User
29.12.2025 17:19 81 1 dəq oxuma
Dünya

Tramp Venesuelada "böyük bir obyektin" dağıdıldığını elan edib

Tramp Venesuelada "böyük bir obyektin" dağıdıldığını elan edib

Ötən həftə ABŞ hərbi qüvvələri Venesuelada böyük bir obyekti məhv edib.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Con Katsimatidislə müsahibəsində bildirib.

 

"Venesuelada gəmilərin gəldiyi böyük bir zavod və ya obyekt var. İki gecə əvvəl biz onu vurduq. Biz onlara çox güclü zərbə endirdik", - Trampo bildirib.

 

Tramp söhbətin konkret hansı obyektdən getdiyini deməyib.


Dekabr ayında ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən bütün sanksiyalı neft tankerlərinin hərtərəfli blokadasını elan edib. Ağ Ev həmçinin Venesuela hökumətini Vaşinqtonun aktivlərinin oğurlanmasına görə terror təşkilatları siyahısına salıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər