Tramp xarici siyasət doktrinası rejim dəyişikliklərinə təhdidləri ön plana çıxarıb
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbi əməliyyatı nəticəsində ələ keçirilməsindən sonra Donald Tramp digər dünya liderlərinə də açıq mesajlar göndərib.
Tramp uzun illər ABŞ-ni xarici müharibələrdən uzaq tutacağını və “rejim dəyişdirmə” siyasətinə qarşı olduğunu desə də, Venesuelada keçirilən əməliyyatdan sonra ABŞ-nin ölkəni müvəqqəti idarə edəcəyini və neft sənayesini inkişaf etdirəcəyini bəyan edib. O, Kolumbiya Prezidenti Qustavo Petronu narkotik ticarətində ittiham edib, Meksika ilə bağlı sərt tədbirlərin görülə biləcəyini bildirib və Kubanı da mümkün hədəflər sırasında qeyd edib.
ABŞ dövlət katibi Marko Rubio isə bu mesajların təsadüfi olmadığını vurğulayaraq, Tramp administrasiyasının sərt xətt yürütməkdə qərarlı olduğunu bildirib.
Müşahidəçilərin fikrincə, Trampın Venesuelada rejimi devirməsi və digər ölkələrə yönəlik təhdidləri onun əvvəlki “America First” ritorikasından uzaqlaşdığını və ikinci prezidentlik dövründə daha müdaxiləçi xarici siyasət kursu seçdiyini göstərir.
NBC
Reyhan Quliyeva
