Trampdan İranla bağlı açıqlama: Yeni ABŞ zərbələri gözlənilmir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilməsinin “çox az ehtimal” olduğunu bildirib. O, İranın hərbi baxımdan faktiki olaraq məğlub edildiyini və münaqişənin başa çatdırılması istiqamətində danışıqlarda müsbət irəliləyiş olduğunu deyib.
Tramp bu açıqlamanı Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşündən sonra verib. ABŞ lideri hərbi əməliyyatların yenidən başlamasını gözləmədiyini, lakin vəziyyət dəyişərsə, ölkəsinin buna hazır olduğunu vurğulayıb. Müharibənin rəsmi başa çatdığını elan etməməsini isə Körfəz müttəfiqlərinin təhlükəsizliyi ilə əlaqələndirib.
Trampın açıqlamalarından sonra neft qiymətləri də aşağı düşüb. Brent markalı neftin qiyməti 1 faizdən çox ucuzlaşaraq 91,50 dollara enib. Qeyd edək ki, fevral ayında ABŞ və İsrailin İrana qarşı birgə zərbələri ilə başlayan münaqişənin dayandırılması istiqamətində diplomatik səylər davam edir.
BBC
Fatimə Hüseynova