Trampdan Orbana tam dəstək
ABŞ Prezidenti Donald Tramp Macarıstandakı seçkilərdə Baş nazir Viktor Orbanın namizədliyini yenidən dəstəklədiyini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
“O, mənim ABŞ üçün etdiyim kimi, böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları sevir. Macarıstan və ABŞ arasındakı münasibətlər mənim administrasiyam dövründə zirvəyə çatıb və möhtəşəm nailiyyətlər əldə edib. Bu da Baş nazir Orbanın sayəsindədir. Uğur və əməkdaşlığa aparan bu möhtəşəm yolu daha da irəlilətmək üçün onunla sıx əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə gözləyirəm”, - Tramp qeyd edib.
