00:00:00
Yazar
Zəri Bayramlı
20.05.2026 21:35 38 1 dəq oxuma
Dünya

Trampdan sonra Putinin Si Cinpinlə görüşü gündəm olub

Trampdan sonra Putinin Si Cinpinlə görüşü gündəm olub

Si Cinpinin Trampdan sonra Putini Pekində qəbul etməsi Çinin qlobal siyasətdə mərkəzi rol oynamaq istədiyini göstərib. Oxşar rəsmi mərasimlər fonunda Pekin “hamı ilə danışan, heç kimə bağlı olmayan” güc obrazı yaratmağa çalışlb. Artan iqtisadi və diplomatik nüfuz Çinə həm ABŞ, həm də Rusiya ilə danışıqlarda daha güclü mövqe qazandırıb.

 

Lakin bu diplomatik aktivliyin məhdudiyyətləri də var. Çin Yaxın Şərqdə müharibənin dayandırılmasını açıq müdafiə etsə də, Ukrayna məsələsində susqunluq nümayiş etdirir. Bu yanaşma Avropada Pekinin tərəfsizliyi ilə bağlı suallar yaradır və Çinin qlobal lider kimi etibarlılığına təsir göstərə bilər.

BBC
Mələk Hüseynova

#görüşü #gündəm #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər