00:00:00
Yazar
Nigar Həsənzadə
20.02.2026 22:50 13 1 dəq oxuma
Dünya

Trampı qəzəbləndirəcək qərar: "Tariflər konstitusiyaya ziddir"

Trampı qəzəbləndirəcək qərar: "Tariflər konstitusiyaya ziddir"

ABŞ Ali Məhkəməsi 6-3 səslə Donald Trampın keçən ildən bəri tətbiq etdiyi əlavə rüsumların konstitusiyaya zidd olduğuna qərar verib. Məhkəmə qərar verib ki, prezident bu tarifləri Konqresin təsdiqi olmadan və konkret fövqəladə vəziyyət nümayiş etdirmədən tətbiq edə bilməz. Qərardan sonra toplanan yüz milyardlarla dollar verginin geri qaytarılması mümkün ola bilər.

 

İş 6-3 səslə Trampın əleyhinə qərar çıxaran Ali Məhkəməyə aparılıb. Mühafizəkar hakimlər səs çoxluğuna sahib olsalar da, üç mühafizəkar hakim liberal üzvlərin tərəfində olduğundan qərar Trampın əleyhinə olub.

 

Məhkəmənin qərarında vurğulanıb ki, prezident yalnız fövqəladə vəziyyət səlahiyyətlərinə əsaslanaraq, Konqresin təsdiqi olmadan tariflər tətbiq edə bilməz. 1970-ci illərdə qəbul edilmiş qanun prezidentə müharibə kimi fövqəladə hallarda əlavə tariflər tətbiq etmək səlahiyyəti verir. Bununla belə, məhkəmə belə nəticəyə gəlib ki, Tramp fövqəladə vəziyyət üçün konkret əsaslandırma təqdim etmədən bu səlahiyyətdən geniş və özbaşına istifadə edib. Məhkəmə bir daha qeyd edib ki, Konstitusiyaya əsasən, xarici ticarəti və tarifləri tənzimləmək səlahiyyəti Konqresə məxsusdur.

 

Qərarın iqtisadi nəticələri də diqqət çəkir. ABŞ keçən ildən bəri yüz milyardlarla dollar əlavə tariflər toplayıb. Məhkəmə qərarından sonra bu gəlirlərin qaytarılması gündəmə gələ bilər.

 

Aydan Əsgərxanlı

CNN Türk

#konstitusiyaya #ziddir" #yeni #qərar: #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər