Trampın əsas məqsədi Rusiyanı geosiyasi mübarizədə yanına çəkməkdir
ABŞ Prezidenti Donald Tramp Rusiyanın müraciətindən sonra “Marinera” tankerinin ekipaj üzvü olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar verib. Məlumata görə, saxlanılan dənizçilər ABŞ ərazisində aparılan araşdırmalar çərçivəsində nəzarət altında olub və diplomatik kanallar vasitəsilə aparılan danışıqlardan sonra sərbəst buraxılıblar.
Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Araz xan bildirib ki, Tramp Pekinlə mübarizədə Moskvanın dəstəyini almaq istəyir:
“Trampın əsas məqsədi Rusiyanı geosiyasi mübarizədə yanına çəkməkdir. Bunun üçün bəzən sərt bəyanatlar verir, hədə-qorxu gəlir, bəzən isə bu cür jestlərlə əslində dost ola biləcəklərini göstərir. Çünki hədəfdə Çindir və Tramp Pekinlə mübarizədə Moskvanın dəstəyini almaq istəyir. İki rusiyalı dənizçinin azad edilməsi də bu siyasi xəttin tərkib hissəsidir. ABŞ–Rusiya münasibətlərində bundan sonra da oxşar hadisələrin olub-olmaması Rusiyanın mövqeyindən asılı olacaq. Yəni Putin Trampın Çinə qarşı müttəfiqlik təklifini qəbul etsə, Vaşinqton–Moskva xəttində daha isti münasibətlərin şahidi ola bilərik”.
Aydan Əsgərxanlı
