Trampın tənqidlərinə baxmayaraq İsrail Livana yeni hava zərbələri endirib
İsrail ordusu ABŞ prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, Livanın cənubunda yeni hava zərbələri endirib. Livanın rəsmi mediasının məlumatına görə, İsrail qırıcıları Nabatiyyə əl-Favqa bölgəsini və Kfar Tebnit ətrafını vurub. İsrail ordusu hələlik rəsmi açıqlama verməsə də, hücumların İranın dəstəklədiyi “Hizbullah”a qarşı yönəldildiyini bildirib. ABŞ-İran razılaşmasının Livanı da əhatə etdiyi deyilsə də, sənədin mətni hələ açıqlanmayıb.
Tramp G7 sammitində Netanyahunu Livan məsələsində “daha məsuliyyətli davranmağa” çağıraraq, İsrailin “Hizbullah”la çox uzun müddətdir döyüşdüyünü və çox sayda insanın həlak olduğunu deyib. Buna baxmayaraq, Netanyahu İsrail qüvvələrinin Livanda “zəruri olduğu müddətdə” qalacağını bildirib. İran isə İsrailin Livana hücumlarını ABŞ-lə əldə olunmuş aralıq razılaşmanın pozulması kimi qiymətləndirəcəyini bəyan edib. ABŞ-İran sazişinin cümə günü İsveçrədə imzalanacağı gözlənilir.
BBC News
Mələk Hüseynova