00:00:00
Yazar
Nigar Həsənzadə
29.07.2026 23:46 16 2 dəq oxuma
Gündəm

Trampla Netanyahu İranla bağlı 3 ssenarini müzakirə edib 

Trampla Netanyahu İranla bağlı 3 ssenarini müzakirə edib

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampa İranla bağlı konkret bir strategiya təklif etməyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Tayms of İsrail” İsrailin yüksək vəzifəli məmuruna istinadla məlumat yayıb.

 

Onun sözlərinə görə, Oval Ofisdəki danışıqlar daha çox İran ətrafındakı vəziyyətin inkişafı üçün üç mümkün ssenari üzrə “fikir mübadiləsi”nə çevrilib:

 

“Birinci seçim Tehranla diplomatik razılığa gəlməkdir.

 

İkincisi, razılaşma olmadığı təqdirdə qeyri-müəyyənliyi qorumaq: hərbi əməliyyatlara qayıtmadan iqtisadi sanksiyalar vasitəsilə Amerika təzyiqini davam etdirmək.

 

Üçüncü ssenari İrana qarşı yeni genişmiqyaslı hərbi kampaniyanı nəzərdə tutur”.

 

İsrail rəsmisi bildirib ki, Netanyahunun Vaşinqtona səfəri Trampı yenidən İrana zərbə endirməyə inandırmaq məqsədi daşımayıb.

 

Onun sözlərinə görə, bu, İsrail baş nazirinin fevral ayında ABŞ-nin Tehrana qarşı hərbi əməliyyatlarda iştirakını fəal şəkildə müdafiə etdiyi əvvəlki səfərindən fərqlidir. O zaman Tramp üç həftədən az müddət sonra zərbələri dəstəkləyib, lakin mənbənin qeyd etdiyi kimi, Netanyahunun əməliyyatın gedişatı ilə bağlı bəzi proqnozları özünü doğrultmayıb.

 

“Bu dəfə İsrailin baş naziri Trampa üç variantdan hansını daha üstün hesab etdiyini deməyib. Eyni zamanda, o, İranın əldə edilə biləcək hər hansı bir razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşıb”.

 

Mənbə vurğulayıb ki, tərəflər hər üç ssenarini ətraflı müzakirə ediblər, hər birinin potensial üstünlüklərini və risklərini nəzərə alıblar.

#i̇ranla #baki #bağlı #gündəm #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər