"TRAVMALAR YETKİN YAŞDA BİRUZƏ VERİR"
"Travmalar hiss etmədiyimiz halda özünü bizim hərəkətlərimizdə göstərir" bunu travmalarla bağlı açıqlamasında ailə və uşaq psixoluqu Aynur İsmayılova deyib.
Psixoloq əlavə edir ki, "yetkin yaşda özgüvənsizliyimiz, utancaqlığımız, sosial fobiyamız varsa, bunlar travma nəticələridir. Bu pozuntulara aşırı təmizkarlıq, aqressiya da daxil edilir".
Müsahib bizi özündən asılı vəziyyətə salan travmaların həyatımızın bir parçasına çevrildiyini deyir. "Keçmiş travmalar nəticəsində kimlərisə əzməyə çalışırıq. Pozuntulu travmalar var ki, insanlar tərəfindən çox sərt qarşılanır. İnsanlar bu cürə şəxslərdən uzaq dururlar. Ruhi xəstəlik travmaları ilə normal insan travmaları tam fərqlidir".
ÇİNARƏ MURADOVA
